XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
21 Fevral, 2012
21 fevral 2012-ci ildə “XIDIR NƏBİ” bayramına həsr olunmuş tədbir keçiriləcək.

21 fevral 2012-ci ildə Milli Azərbaycan Tarixi Muzeyində “XIDIR NƏBİ” bayramına həsr olunmuş tədbir keçiriləcək. MATM Etnoqrafiya elmi fond şöbəsi əməkdaşlarının  təşkilatçılığı və Bakı şəhəri 1 saylı orta məktəbinin yuxarı sinif şagirdlərinin iştirakı ılə keçiriləcək tədbirdə XIDIR NƏBİ bayramı məktəblilərə təblıq olunmaq məqsədi ilə bayramın tarixinə nəzər yetiriləcək və folklor nümunələr səsləndirildi. Həmçinin tədbırdə əməkdar mədəniyyət işçisi Rafiq Rüstəmovun rəhbərliyi ilə Xan Şuşinski adına Ağdam muğam məktəbinin  “QARABAĞ BÜLBÜLLƏRİ” ansamblı üzvlərinin çıxışı və Bakı şəhəri 1 saylı orta məktəb şagirdlərinin ifasında rəqs nömrələrinin nümayişi nəzərdə tutulur.


 

 

Elmi-maarif və sərgilərin təşkili şöbəsi

Etnoqrafiya elmi fond şöbəsi