XƏBƏRLƏR
08 Yanvar, 2019
Azərbaycanın görkəmli epiqrafçı alimi Məşədixanım Nemətin 95 illik yubileyinə həsr olunmuş “Əsrin daş yaddaşında mənim də sözüm qaldı” adlı anım tədbiri keçirilib
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Qadınlar Şurasının təşəbbüsü ilə Azərbaycanın görkəmli epiqrafçı alimi, AMEA-nın müxbir üzvü Məşədixanım Nemətin 95 illik yubileyinə həsr olunmuş “Əsrin daş yaddaşında mənim də sözüm qaldı” adlı anım tədbiri təşkil olunub.
İlk öncə Muzeyin direktoru, akademik Nailə Vəlixanlı çıxış edərək görkəmli epiqrafçı alim M.Nemətin həyat və elmi fəaliyyətindən bəhs edib, onunla bağlı xatirələrini bölüşüb. Alimin elmi tədqiqatlarının əhəmiyyətini və epiqrafika sahəsindəki nailiyyətlərini vurğulayıb. M.Nemətə dövlətin verdiyi dəyərdən, aldığı mükafatlardan, elmi adlardan danışıb. Qeyd edib ki, M.Nemətin anım tədbirini keçirmək əlamətdar hadisədir. Alimin ən böyük abidəsi onun əsərləridir, Azərbaycanın tarixi coğrafiyasını öyrənmək baxımından önəmlidir. Bu elmi irs gənc epiqrafçılar üçün də məktəbdir və bu şərəfli yol davam etdirilməlidir.
Sonra M.Nemətin xatirəsi bir dəqiqəlik süktla yad edilib. Muzeyin Ekspozisiyanın təhlükəsizliyi üzrə direktor müavini, t.ü.f.d., dos. H.Əliyeva “Əsrin daş yaddaşında mənim də sözüm qaldı” adlı slayd-təqdimatla çıxış edib. Alimin həyat və elmi yolundan, əsərlərindən bəhs edib. Sonra tədbirdə iştirak edən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, t.ü.e.d. Maisə Rəhimova, Muzeyin şöbə müdiri, t.ü.e.d. Əli Rəcəbli, t.ü.e.d., prof. Abbas Seyidov, t.ü.e.d., prof. Şahin Fərzəlibəyov, Bayraq Muzeyinin direktoru, t.ü.f.d. Könül İmamverdiyeva, AMEA İctimai Elmlər bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova çıxış edib M.Nemət haqqında öz xatirələrini bölüşüblər. Alimin elmi yaradıcılığına nəzər salıb onun epiqrafika sahəsindəki tədqiqatlarından danışıblar.
Sonda M.Nemətin qızı, t.ü.e.d. Vəfa Quliyeva çıxış edib, M.Nemətlə bağlı ailə xatirələrindən bəhs edib. Tədbiri təşkil etdiyinə görə muzey rəhbərliyinə öz təşəkkürünü bildirib.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...