XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
10 Yanvar, 2019
Muzeyin “Nadir kitablar fondu”nun incisi
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Kitabxanasında, xüsusən onun “Nadir kitablar fondu”nda elmin bir çox sahələrinə aid qədim və nadir kitablara rast gəlinir. Bu fondda mühafizə olunan dəyərli kitablardan biri də podpolkovnik İvan Fyodoroviç Blaramberqin “Статистическое обозрение Персии” adlı əsəridir. Kitab 1853-cü ildə Sankt-Peterburq şəhərində İmperator Elmlər Akademiyası mətbəəsində nəşr olunub və 359 səhifədir. Rusiya ordusunun podpolkovniki İvan Fyodoroviç Blaramberq 1837-1840-cı illərdə İranda olarkən ərazinin coğrafiyası, əhalisi, dil, din və onun insanların həyatına təsiri, iqlimi, iqtisadiyyatı, heyvandarlığı, ticarəti, hərbi işlərinin vəziyyəti və s. haqqında topladığı məlumat əsasında bu əsərini yazmışdır. Həmçinin Türkmənistan və Əfqanıstan haqqında qısa şərhlər də əsərə əlavə edilmişdir. Kitab İran və ümumiyyətlə Şərq tarixini tədqiq etmək baxımından böyük əhəmiyyətə malikdir.