XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
10 Yanvar, 2019
Ukraynalı art-ekspertlə növbəti görüş keçirilib
AMEA Milli Azərbaycan Tarixi Muzeyində ukraynalı sənətşünas-ekspert, rəssam Yuliya Tarasenko ilə növbəti incəsənət-görüşü keçirilib. “Memarlıq bizimlə necə danışır” adlı incəsənət-görüşündə müxtəlif tarixi dövrlərdə Avropa və İslam dünyasında, həmçinin, Bakı şəhərində mövcud olan Şərq və Qərb memarlıq üslubları haqqında ətraflı məlumat verilib, slayd təqdim edilib. Sonda incəsənət mövzulu tədbirlərin fərdi və ictimai mədəniyyətin inkişafına təsiri mövzusunda Y.Tarasenko tərəfindən iştirakçılara anketlər təqdim edilib və iştirakçıların rəyi öyrənilib. Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nümayəndələri, geniş ictimaiyyətin nümayəndələri də tədbirdə iştirak ediblər.