XƏBƏRLƏR
11 Yanvar, 2019
AMEA-da İctimaiyyətlə əlaqələr şöbələri 2018-ci il üçün hesabatlarını təqdim etdilər
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının institut və təşkilatlarının ictimaiyyətlə əlaqələr şöbələrinin 2018-ci il üçün hesabat iclası keçirilib.
AMEA Rəyasət Heyəti aparatı Mətbuat və informasiya idarəsi tərəfindən təşkil olunan tədbirdə idarə rəisi Zülfüqar Fərzəliyev hesabat ili ərzində elmin populyarlaşdırılması və təbliğində kütləvi informasiya vasitələrinin (KİV) rolunun artırılması, bu sahədə mövcud problemlərin həlli, bilik və təcrübə mübadiləsinin aparılması və s. istiqamətdə görülən tədbirlərin əhəmiyyətini qeyd edib.
Mətbuat və informasiya idarəsinin rəis müavini Ülviyyə Rzayeva ictimaiyyətlə əlaqələr şöbələrinin yerli və xarici kütləvi informasiya vasitələri ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, mediada elmi mövzuda müxtəlif səpkili materialların vüsət alması, bu istiqamətdə fəaliyyətin təkmilləşdirilməsi məsələlərinə toxunub. Rəis müavini hər bir institutun müvafiq şöbəsi ilə dövlət və qeyri-dövlət qurumlarının mətbuat xidmətləri arasında əməkdaşlıq münasibətlərinin yaradılması və birgə layihələrin həyata keçirilməsinin əhmiyyətindən də bəhs edərək, onları bu işdə fəal olmağa çağırıb.
Sonra AMEA institutlarının ictimaiyyətlə əlaqələr şöbələrinin rəhbərləri 2018-ci il ərzində həyata keçirilən tədbirlər, KİV ilə aparılan işlər və s. haqqında hesabatlarını təqdim ediblər. İdarəetmə Sistemləri İnstitutundan texnika üzrə fəlsəfə doktoru Rəna Əsədova, Dilçilik İnstitutundan filologiya üzrə fəlsəfə doktoru Təranə Şükürlü, Milli Azərbaycan Ədəbiyyatı Muzeyindən filologiya üzrə fəlsəfə doktoru Nəzmiyyə Yigitoğlu, Zoologiya İnstitutundan biologiya üzrə fəlsəfə doktoru Vüsalə Nərimanova, Mərkəzi Elmi Kitabxanadan Mübariz Göyüşlü, Milli Azərbaycan Tarixi Muzeyindən Aynur Babayeva, Kataliz və Qeyri-Üzvi Kimya İnstitutundan Mətanət Həmidova, Mikrobiologiya İnstitutundan Nərminə Hüseynova, Tarix İnstitutundan Nazim Xəlilov və Botanika İnstitutundan Məhsəti Qurbanova rəhbərlik etdikləri şöbələrin fəaliyyəti, institutun veb-saytının idarə edilməsi və informasiya təminatı, hesabat ili ərzində KİV-də işıqlandırılan məlumatların statistik göstəriciləri, elmi tədqiqatların, əldə edilən uğurların populyarlaşdırılması və təbliği, institutun fəaliyyətinin sosial mediada təbliği istiqamətində görülən işlər haqda geniş təqdimatla çıxış ediblər. Həmçinin 2018-ci il üçün saytlara edilən müraciətlərin, “Xəbərlər” bölməsi üzrə yerləşdirilən materialların statistikası təqdim edilib. Bundan əlavə, tədbirdə AMEA İnformasiya Texnologiyaları İnstitutu tərəfindən hər bir institutun veb-saytı üzrə aparılan monitorinqin nəticələri də təqdim olunub. 16 tələb üzrə aparılan monitorinqdə müsbət nəticələrlə yanaşı qeyd edilən bir sıra nöqsanların aradan qaldırılması üçün müvafiq tədbirlərin görüldüyü qeyd edilib.
Hesabat iclasında iştirakçıların sualları cavablandırılıb, qarşılıqlı maraq doğuran məsələlər, təkliflər ətrafında müzakirələr aparılıb, elmin populyarlaşdırılması istiqamətində görülən işlərin daha da gücləndirilməsi tövsiyə olunub, müvafiq tapşırıqlar verilib.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...