XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
14 Yanvar, 2019
Muzeyin etnoqrafiya fondu tarixi milli geyimlərimizlə zənginləşir
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fonduna daha bir Azərbaycan milli qadın geyimi – küləcə daxil olub. İrəvan bölgəsinə aid olub, əl işidir, üzü qələmkar parçadan, astarı çitdəndir. Geyim XIX əsrin sonlarına aiddir. Azərbaycan xanımlarının geyim mədəniyyətini, estetik zövqünü öyrənmək baxımından tarixi dəyər daşıyır.