XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
15 Yanvar, 2019
Muzeydə Elmi Şuranın növbəti iclası keçirilib
AMEA Milli Azərbaycan Tarixi Muzeyində Elmi Şuranın növbəti iclası keçirilib. Şuranın sədri, muzeyin direktoru, akademik Nailə Vəlixanlı şura üzvlərini gündəlikdə olan məsələlərlə tanış etdi. İclasda muzeyin yeni qəbul olmuş doktorant və dissertantların məsələlərinə baxlılıb. İclasın gündəliyində duran əsas məsələ təqdim edilən dissertasiya mövzularının müzakirəsindən ibarət idi. Şurada vətən tarixi, arxeologiya, etnoqrafiya və muzeyşünaslıq kimi ixtisaslar üzrə təqdim olunmuş 6 dissertasiya mövzusu müzakirə olundu. Onlardan 3-ü elmlər doktorluğu, 3 nəfəri isə fəlsəfə doktorluğu olmaqla dissertasiya mövzuları üzərində fikir mübadilsəi aparıldı və dəqiqləşdirildi. N.Vəlixanlı təqdim edilən mövzularla bağlı tövsiyələrini diqqətə çatdırıb, qeyd etdi ki, gənc alimlər tarix elmi qarşısında duran, tədqiqinə ehtiyac duyulan prioritet problemlərin və mövzuların müəyyənləşdirilməsinə diqqəti artırmalıdırlar. İclasda digər cari məsələlər də baxılıb.