XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
16 Yanvar, 2019
ELAN
18 yanvar 2019-ci il tarixində saat 14:00-da Milli Azərbaycan Tarixi Muzeyinin Konfrans zalında “20 Yanvar – Ümumxalq Hüzn Günü”nə həsr olunmuş "İstiqlalımızın ilk qərənfilləri" adlı tədbir keçiriləcək. Tədbir Milli Azərbaycan Tarixi Muzeyinin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsi tərəfindən təşkil olunub. Çıxışlardan sonra tədbir iştirakçıları Muzeydə mühafizə olunan rəsm əsərlərindən ibarət kiçik sərgi ilə yanaşı, tədbir ərzində Azərbaycan Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecinin tələbələri tərəfindən çəkilmiş rəsmlərlə də tanış ola biləcəklər. Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi - “1990-cı il yanvarın 20-si Azərbaycanın tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur.” Bu kimi tədbirlərin məqsədi də gənclərdə milli mənlik şüurunu formalaşdırmaq və vətənpərvərlik hislərini aşılamaqdır.