XƏBƏRLƏR
17 Yanvar, 2019
ELAN
“İSTİQLAL” muzeyinin 100 illiyinə həsr olunmuş “Muzey, arxiv və kitabxanalarda qorunan milli dəyərlərin tədqiqi, təbliği, mühafizəsi və bərpası” mövzusunda III Respublika elmi konfransı (Bakı, 18 iyun 2019-cu il)
AMEA Milli Azərbaycan Tarixi Muzeyi 2019-cu il iyunun 18-də “İSTİQLAL” muzeyinin 100 illiyinə həsr olunmuş “Muzey, arxiv və kitabxanalarda mühafizə edilən milli dəyərlərin tədqiqi, təbliği, mühafizəsi və bərpası” mövzusunda III Respublika elmi konfransını keçirir. Konfrans çərçivəsində aşağıdakı mövzuların müzakirəsi nəzərdə tutulur:
• muzeylərdə elmi, fond və ekspozisiya işində milli dəyərlərin yeri
• müasir cəmiyyətdə muzey. Yeni inkişaf yollarının axtarışı
• arxiv və kitabxana işinin təşkili
• arxiv və kitabxana fondlarında milli dəyərlərin mühafizəsi və qorunması
• muzey, elm və təhsil: partnyorluq, təcrübə, perspektivlər
• muzey, kitabxana və arxivlərdə bərpa və konservasiya işinin təşkili
• gənc nəslin tarixi yaddaşının formalaşmasında muzeylərin rolu
Konfransda iştirak etmək üçün məruzələri və anketi 2019-cu il martın 30-dək behmen_76@mail.ru elektron ünvanına göndərilməlidir.
Məruzə tezislərinin tərtibatına dair tələblər:
1. Məruzələrin əvvəlində müəllifin soyadı, adı, elmi dərəcəsi (əgər varsa), iş yeri və vəzifəsi (əgər varsa), əlaqə telefonları, elektron poçtunun ünvanı göstərilməlidir.
2. Mətnin həcmi – 5 səhifəyədək.
3. Şrift – Times New Roman, 14, sətirlərarası interval – 1,5.
4. İstinadlar – avtomatik, səhifənin sonunda (şrift – Times New Roman 10, interval 1).
Təşkilat komitəsi məruzələrin seçilməsi, mətndə düzəlişlərin edilməsi (ümumi məzmununu dəyişmədən), məruzələrin geri qaytarılması hüququnu özündə saxlayır.
Təşkilat komitəsinin koordinatları:
Azərbaycan Respublikası, Bakı, 1005, H.Z.Tağıyev küçəsi, 4,
Milli Azərbaycan Tarixi Muzeyi.
Telefon: (+994 12) 493 1134
Elektron poçt: behmen_76@mail.ru
Veb-sayt: www.azhistorymuseum.az
Anket (doldurulması mütləqdir)
İştirakçının adı və soyadı
Şəhər, rayon
İş yeri, vəzifəsi, iş yerinin ünvanı və telefonu
Əlaqə telefonu
E-mail ünvanı
Elmi adı, dərəcəsi
Məruzənin tam adı
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...