XƏBƏRLƏR
18 Yanvar, 2019
Muzeydə “20 Yanvar – Ümumxalq Hüzn Günü”nə həsr olunmuş "İstiqlalımızın ilk qərənfilləri" adlı tədbir keçirilib
AMEA Milli Azərbaycan Tarixi Muzeyində 20 yanvar faciəsinə həsr olunmuş "İstiqlalımızın ilk qərənfilləri" adlı tədbir keçirilib. Tədbir Milli Azərbaycan Tarixi Muzeyinin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsi tərəfindən təşkil olunub. Tədbirdə YAP Səbail rayon təşkilatının Aparat rəhbəri Zəfər Bayramov, YAP Səbail rayon təşkilatının sədr müavini Əhliman Qarayev, “20 Yanvar Cəmiyyəti”nin nümayəndəsi, 20 yanvar hadisələrinin şahidi Akif Nəsirov, Ombudsman Təşkilatının Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin üzvləri, 2 saylı Texniki-Humanitar Elmlər Liseyinin və 7 saylı tam orta məktəbin şagirdləri, KİV nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra Muzeyin aparıcı elmi işçisi, t.ü.f.d. Bəhman Kərimov tədbiri açıq elan etdi. Tədbirin mahiyyəti haqqında məlumat verdi, qeyd etdi ki, tədbirin keçirilməsində məqsəd 20 yanvar faciəsinin tarixi kökləri haqqında gənclərə məlumat verməkdir.
Sonra söz YAP Səbail rayon təşkilatının Aparat rəhbəri Zəfər Bayramova verildi. Z.Bayramov bildirdi ki, 20 yanvar faciəsinin kökü Rusiya imperiyasının Azərbaycanı işğalı ilə başlamışdır. Lakin Azərbaycan xalqı daim işğala qarşı mübarizə aparmışdır. 20 yanvar hadisəsi də xalqımızın qəhrəmanlıq salnaməsidir. Bu faciəyə ilk siyasi-hüquqi qiyməti elə o tarixdə Ulu Öndər Heydər Əliyev vermiş, SSRİ hakimiyyətinin cinayətkar əməllərini ifşa etmişdir. Z.Bayramov gəncləri bu tarixi hadisələrdən ibrət almağa səslədi. Qeyd etdi ki, dövlətimizin gələcəyi də gənclərdən asılıdır.
Daha sonra YAP Səbail rayon təşkilatının sədr müavini Əhliman Qarayev çıxış etdi. Bildirdi ki, Azərbaycan xalqı SSRİ hakimiyyətinə inandığı üçün 20 yanvarda Sovet Ordusunun qarşısına əliyalın çıxdı. Amansızlıqla qətl edilsələr də, bu hadisə xalqımızın azadlıq mübarizəsini qıra bilmədi. Ümummilli Liderimiz Heydər Əliyev qanlı 20 yanvar hadisələrinə etiraz olaraq elə o tarixlərdə Kommunist Partiyasının üzvlüyündən imtina etmiş, ən ağır günlərində xalqımızın müdafiəsində durmuşdur. Ə.Qarayev gəncləri dövlətimizin ətrafında sıx birləşməyə çağırdı.
“20 Yanvar Cəmiyyəti”nin nümayəndəsi, 20 yanvar hadisələrinin şahidi Akif Nəsirov də çıxış edib bildirdi ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda və Azərbaycanın bir sıra rayonlarında yüzlərlə dinc insanın ölümü ilə nəticələnən qanlı hadisədə SSRİ hakimiyyəti bilavasitə günahkardır. Heydər Əliyev bu faciəvi hadisələrə ilk dəfə öz siyasi mövqeyini ortaya qoymuş, sovet hökumətinin günahını rəsmi şəkildə ifadə etmişdir. 1990-cı il yanvarın 20-si Azərbaycanın tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur.
Sonda bədii hissə göstərilib. 2 saylı Texniki-Humanitar Elmlər Liseyinin şagirdləri – Məmmədli Xədicə, Rəhimli Xəlil, Məlikli Fidan şəhidlərin xatirəsinə həsr olunmuş şeirlər səsləndiriblər. 7 saylı tam orta məktəbin şagirdi Həsən Hüseynov isə “Ya Qarabağ, ya ölüm!” adlı mahnı ifa edib.
Qeyd edək ki, Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən 20 yanvar hadisələri ilə bağlı tarixi əşyaların toplanması işi həyata keçirilir. Belə ki, o qanlı olayları əyani şəkildə nümayiş etdirən fotoşəkillər, sənədlər, şəhidlərin şəxsi əşyaları əhalidən toplanaraq Muzeyin fondlarında qorunur. Bunlar qəhrəmanlıq tariximizin Muzeydə qorunan nümunələridir. Tədbirdə 20 yanvar faciəsini əks etdirən rəsm əsərləri də nümayiş etdirilib.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...