XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
21 Yanvar, 2019
Muzeydə XIX əsrin sonuna aid gümüş kişi kəməri bərpa edilib
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Xüsusi Fondunda mühafizə olunan eksponatlardan biri də XIX əsrin sonuna aid gümüş kişi kəməridir. Ehtiyac yarandığından, kəmərin bərpası Muzeyin Bərpa laboratoriyasının əməkdaşları - bərpaçı-dizayner Vüqar Xudaverdiyev və rəssam-bərpaçı Nuridə Hüseynova tərəfindən həyata keçirilib. Bu zaman kəmərin dəridən olan qayışı və gümüş detalları təmizlənib, xüsusi qoruyucu təbəqə ilə örtülüb. Bərpa edilən eksponat Xüsusi Fonda təhvil verilib. Eksponat XIX əsr milli etnoqrafiyamızın tədqiqi baxımından xüsusi əhəmiyyətə malikdir.