XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
22 Yanvar, 2019
Muzeyin Gənc Alimlər və Mütəxəssislər Şurasının və İdarə Heyətinin iclası keçirilib
Muzeyin Gənc Alimlər və Mütəxəssislər Şurasının və İdarə Heyətinin iclası keçirilib AMEA Milli Azərbaycan Tarixi Muzeyində Gənc Alim və Mütəxəssislər Şurasının beş illik hesabatına həsr olunmuş iclas keçirilib. Muzeyin direktoru, akademik Nailə Vəlixanlının sədrliyi ilə keçən iclasda Gənc Alim və Mütəxəssislər Şurasının ötən beş ildəki fəaliyyətini əks etdirən hesabatı dinlənildi. Bu haqda Şuranın sədri, t.ü.f.d. Bəhman Kərimov geniş məlumat verdi, Şura üzvlərinin elmi fəaliyyəti, iştirak etdikləri konfranslar, tədbirlər haqqında danışdı. Sonra akademik Nailə Vəlixanlı çıxış etdi və qeyd etdi ki, Şuranın fəaliyyəti qənaətbəxş hesab oluna bilər. Həmçinin 2020-ci ildə Muzeyin 100 illiyinə hazırlıq məqsədilə gənclər elmə və muzey işinə daha aktiv cəlb olunmalıdır, səmərəlilik artırılmalıdır. Muzeyin Elmi katibi, t.ü.f.d., dosent Fərhad Cabbarov və digərləri də bu mövzuda çıxış etdilər. Bu istiqamətdə səsləndirilən təkliflər ətrafında fikir mübadiləsi aparıldı. Daha sonra yekdil səsvermə ilə Şuranın yeni sədri Sevinc Nəsirova və İdarə Heyətinin üzvləri seçildi. İdarə Heyətinin ilk iclası da keçirildi. Şuranın sədri Sevinc Nəsirovanın təklifi və yekdil səsvermə nəticəsində sədrin müavini və katibi seçildi. Gələcək planlar, o cümlədən, Azərbaycan Respublikası Prezidentinin Sərəncam və Fərmanlarına uyğun olaraq fəaliyyət mövzusu ətrafında müzakirələr aparıldı.