XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
22 Yanvar, 2019
Elmi Şuranın növbəti iclası keçirilib
Yanvarın 22-də AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Elmi Şurasının növbəti iclası keçirilib. İclasda 2019-cu ildə keçiriləcək attestasiya və elmi işçilərin müsabiqəsinə hazırlıq məsələləri müzakirə olunub. Attestasiya qaydaları müzakirə olunduqdan sonra onun cari ilin birinci yarısında keçirilməsi qərara alınıb. Daha sonra Muzeyin Elmi Şurasının tərkibində qismən dəyişiklik edilməsi məsələlərinə baxılıb. Gənc Alim və Mütəxəssislər Şurasının yeni seçilən sədri Sevinc Nəsirova Elmi Şuranın üzvü seçilib.