XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
01 Mart, 2012
Tur Heyerdal-Kon-Tiki adamı

Martın 1-də Milli Azərbaycan Tarixi Muzeyində dünya şöhrətli Norve alimi, səyyahı Tur Heyerdala həsr olunmuş "Tur Heyerdal - Kon-Tiki adamı" ("Thor-Heyerdahl – The Kon-Tiki Man") sərgisinin açılış mərasimi keçiriləcək. Tədbirin təşkilatçıları Norveç Krallığının paytaxtı Oslo şəhərində yerləşən  Kon- Tiki Muzeyi, Norveç Kralhğının Azərbaycan Respublikasında Səfırliyivə Milli Azərbaycan Tarixi Muzeyidir. Sərginin sponsoru Norveçin "Statoil" şirkətidir. Sərgidə Tur Heyerdalın həyat və fəaliyyətini əks etdirən posterlərin, ekspedisiyalar zamanı istifadə olunan avadanlığın və qısa metrajlı fılmin nümayişi nəzərdə tutulur. Bundan əlavə Norveç-Azərbaycan mədəni əlaqələrinin inkişafında mühüm rol oynamış 2006-cı ildə Norveçin Stavanger


 şəhərində keçirilmiş "Karvansara - Azərbaycan dünən və bugün" sərgisinin foto və video görüntələrindən ibarət təqdimat nümayiş etdiriləcək.Sərgidə görkəmli alimin oğlu, İdarəHeyətininsədri, kiçik Tur Heyerdalın, Kon-Tiki Muzeyinin Direktoru xanım Maja Bauge, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələrinin, ölkənin elm iictimaiyyətinin iştirakı nəzərdə tutulub.Sərgi mayın 31-dək fəaliyyət göstərəcək.