XƏBƏRLƏR
29 Yanvar, 2019
“Muzeyə eksponat hədiyyə et, özün haqqında xatirə saxla” adlı tədbir keçirilib
Milli Azərbaycan Tarixi Muzeyi Bakıətrafı qəsəbələrdə ölkəmizin milli-mədəni sərvətlərin toplanması, qorunması və gələcək nəslə ötürülməsi mövzusunda maarifləndirici “Muzeyə eksponat hədiyyə et, özün haqqında xatirə saxla” adlı layihəyə start vermişdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında” 2007-ci il 6 mart tarixli Sərəncamı bu layihəyə təkan vermişdir. Muzeyin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsi və 108 nömrəli tam orta məktəbin təsviri incəsənət müəllimi A.Pənahovanın birgə təşkilatçılığı ilə layihənin ilk tədbiri “Hacıağa Abbasov” аdına Mədəniyyət Evində keçirilmişdir.
Tədbirdə Muzeyin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin müdiri E.Dadaşov, aparıcı elmi işçi, m.ü.f.d., dosent N.Yusifova və elmi işçi N.Əsədova iştirak ediblər. Görüşdə Azərbaycan kinoşünası, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi və əməkdar incəsənət xadimi A.Kazımzadə, Azərbaycan Respublikasının Xalq artisti, “Şöhrət” ordenli R.Əzimovla yanaşı Maştağa qəsəbəsinin ziyalıları, rəssamları, mədəniyyət və incəsənət nümayəndələri iştirak edib.
E.Dadaşov tədbir iştirakçılarına Milli Azərbaycan Tarixi Muzeyi və onun zəngin fondlarında mühafizə olunan eksponatlar, vətəndaşların evlərində olan tarixi əşyanı Muzeyə təqdim edərək mədəni sərvətə çevrilməsi və bu nümunələrin gələcək nəsillərə tanıdılması istiqamətində Muzeyin rolu barəsində ətraflı məlumat verib. Tarix, Tarix-diyarşünaslıq və Xatirə muzeylərində toplanmış nümunələrin sənət əsərləri olmaqla yanaşı, həm də hər hansı bir mövzunun açılmasına, daha dərindən dərk olunmasına xidmət etdiyi iştirakçıların diqqətinə çatdırılıb.
Tədbirdə iştirak edən Azərbaycan kinoşünası A.Kazımzadə də öz növbəsində Muzey tərəfindən keçirilən layihənin əhəmiyyətindən danışmış, Milli Azərbaycan Tarixi Muzeyinin keçən əsrdən elmi-mədəni mərkəz kimi Azərbaycan Respublikasının ictimai-iqtisadi, mədəni həyatının inkişafında xüsusi rol oynadığını vurğulayıb.
Sonda Muzeyin nəfis nəşrləri olan kataloqlar tədbir iştirakçılarına təqdim olunub. Həmçinin, Muzey əməkdaşları qonaqlarla birlikdə Maştağa qəsəbəsinin sakini R.Əliyevin 2000-dən çox müxtəlif növlu və ölçülü saatlardan ibarət kolleksiyasını ziyarət ediblər.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...