XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
05 Fevral, 2019
Muzeydə Quranın Azərbaycan dilinə ilk tərcüməsi və təfsiri qorunur
AMEA Milli Azərbaycan Tarixi Muzeyində qorunan nadir kitablardan biri də “Kəşfül-həqayiq” (“Həqiqətlərin açıqlanması”) əsəridir. Üç cilddən ibarət olan kitab 1904-1918-ci illərdə Bakı qazısı olan Mirməhəmmədkərim əl-Bakuvi tərəfindən yazılıb. Əsər Quranın Azərbaycan dilində ilk tərcümə və təfsiridir. Görkəmli xeyriyyəçi H.Z.Tağıyevin tövsiyəsi və yardımı ilə 1904-1906-cı illərdə Tiflisdə nəşr edilib və bir nüsxəsi Osmanlı xəlifəsi II Əbdülhəmidə də hədiyyə göndərilib. Əl-Bakuvinin bu əsəri islam həmrəyliyi və milli-dini maarifçilik baxımından da dəyərlidir. Kitab müasir Azərbaycan dilinə sadələşdirilərək 2014-cü ildə QMİ tərəfindən nəşr edilib. Əsəri transliterasiya edərək sadələşdirən Muzeyin əməkdaşı, t.ü.f.d. Əli Fərhadovdur.