XƏBƏRLƏR
12 Fevral, 2019
Muzeydə “Путешествие в прошлое” (“Keçmişə səyahət”) kitabının təqdimatı keçirilib
AMEA Milli Azərbaycan Tarixi Muzeyində “H.Z.Tağıyev klubu”nun növbəti tədbiri keçirilib. Tədbir geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Səidə Miri-zadənin “Путешествие в прошлое” (“Keçmişə səyahət”) kitabının (Bakı, “Şərq-Qərb”, 2018, 224 səh.) təqdimatı mövzusunda olub. Tədbirdə H.Z.Tağıyev nəslinin nümayəndələri, Ombudsman təşkilatı nəzdində Azərbaycan Uşaq və Gənclərin sülh şəbəkəsinin üzvləri, KİV nümayəndələri də iştirak ediblər.
Tədbiri açan Muzeyin Elmi katibi, t.ü.f.d., dos. Fərhad Cabbarov bildirib ki, bu, “H.Z.Tağıyev klubu”nun 2019-cu ildə ilk görüşüdür. Kitab təqdimatı H.Z.Tağıyevin kiçik qızı Sürəyya Abdullayevanın ömür yoluna həsr olunub. Sağlığında “Millət atası” adlandırılan H.Z.Tağıyevin irsini araşdırmaq, tədqiq və təbliğ etmək böyük şərəfdir. S.Miri-zadənin kitabı da Sovet repressiyalarını, 1920-1930-cu illəri anlamaq baxımından əhəmiyyətlidir, canlı tarixdir. Daha sonra F.Cabbarov sözü təqdimatı keçirilən kitabın müəllifi S.Miri-zadəyə verdi.
Geologiya-mineralogiya üzrə fəlsəfə doktoru S.Miri-zadə müəllifi olduğu “Путешествие в прошлое” (“Keçmişə səyahət”) kitabı haqqında geniş məlumat verib. Slaydla müşayiət olunan çıxışda görkəmli xeyriyyəçinin həyatı, ailəsi, nəslinin davamçıları haqqında bəhs edib. S.Miri-zadə bildirib ki, böyük xeyriyyəçi H.Z.Tağıyevin kiçik qızı Sürəyya Abdullayevanın ömür yoluna həsr olunmuş kitabda nadir sənədlər, fotoşəkillər, xatirələr toplanıb. Müəllif kitabın Azərbaycan dilindəki nəşrinin də hazırlandığını deyib. S.Miri-zadə H.Z.Tağıyevin bir əlində Quran, bir əlində qəzet tutduğu fotoşəklini nümunə göstərərək, gəncləri H.Z.Tağıyevin yolunda olmağa, onun irsini davam etdirməyə səsləyib.
Daha sonra Muzeyin direktoru, akademik Nailə Vəlixanlı çıxış edib, H.Z.Tağıyevə və ailəsinə həsr olunmuş kitabın nəşr edilməsini müsbət addım adlandırıb. Qeyd edib ki, bu kitabın nəşri sələflərimizin xatirəsinin yaşadılması üçün vacibdir, təqdirəlayiq addımdır. Muzeydə də H.Z.Tağıyevin adı yaşadılır, xatirə muzeyi fəaliyyət göstərir. Həyatı və fəaliyyətinə dair fotoşəkillər, tarixi sənədlər, ona məxsus qiymətli əşyalar qorunur.
Sonra jurnalist Nadejda İsmayılova çıxış edib. H.Z.Tağıyev haqqında ilk verilişlərin hazırlanmasında və bu kitabın ərsəyə gəlməsində özünün rolu haqqında danışıb. Kitabın müəllifinə bu qiymətli əsərə görə təşəkkür edib. Həmçinin bildirib ki, H.Z.Tağıyev sovet hakimiyyətinin ilk illərində təqib və təzyiqlərə baxmayaraq, vətənini tərk etmədi, vəfatına qədər Azərbaycanla bağlı oldu. Onun bu vətənpərvər addımı hər kəs üçün nümunə olmalıdır.
Sonra rəssam Arif Hüseynov, kolleksioner Bəhruz Hüseynzadə çıxış edərək, H.Z.Tağıyev irsinin yaşadılmasının vacibliyindən, onun haqqında filmlər, seriallar çəkilməsinin önəmindən danışıblar. Muzey rəhbərliyinə bu qiymətli tədbirə ev sahibliyi edib, H.Z.Tağıyevin adını yaşatdıqları üçün təşəkkür ediblər.
Daha sonra H.Z.Tağıyevin nəticəsi Nazim Abdullayev çıxış edib. Sovet hakimiyyəti illərində H.Z.Tağıyevin adının qadağan edildiyini, nəslinin repressiyalara məruz qaldığını bildirib. İndiki müstəqillik illərində isə bu müstəqilliyin əsasını qoyanlardan biri olan H.Z.Tağıyevə daha çox yer ayrılması gərəkdiyini qeyd edib.
Sonra iştirakçıların sualları çıxışçılar tərəfindən ətraflı cavablandırılıb. H.Z.Tağıyevin həyat və fəaliyyətinə həsr olunmuş növbəti tədbirlərin klub tərəfindən mütəmadi keçiriləcəyi bildirilib.
Sonda “Путешествие в прошлое” (“Keçmişə səyahət”) kitabı müəllif S.Miri-zadənin imzası ilə iştirakçılara hədiyyə edilib.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...