XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
13 Fevral, 2019
Muzeyin növbəti məqalələr toplusu çapdan çıxıb
AMEA Milli Azərbaycan Tarixi Muzeyin illik toplusu olan “Milli Azərbaycan Tarixi Muzeyi – 2018” toplusu (Bakı, “Elm”, 2018, 336 səh.) işıq üzü görmüşdür. Muzeyin direktoru, akademik Nailə Vəlixanlının təsisçisi və baş redaktoru olduğu bu toplu Muzeyin Elmi Şurasının qərarı ilə nəşr olunmuşdur. Toplu yeddi hissədən - “Muzey kolleksiyasının materialları Vətən tarixinin öyrənilməsində mənbə kimi”, “Tarix”, “Arxeologiya”, “Etnoqrafiya, sənətşünaslıq, muzeyşünaslıq”, “Millət atası Hacı Zeynalabdin Tağıyev”, “Resenziya” bölmələrindən ibarətdir. Burada Muzey əməkdaşlarının və başqa alimlərin Azərbaycan və rus dillərində elmi məqalələri dərc olunmuşdur. Muzey tərəfindən hər il ənənəvi olaraq nəşr olunan toplu öz oxucularına qiymətli mənbə, tarix elminə dəyərli töhfə olaraq mühüm əhəmiyyət kəsb edir.