XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
13 Fevral, 2019
Muzeydə almaniyalı alimlərin iştirakı ilə arxeoloji tədqiqatlara başlanılıb
Bu günlərdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fondunda yerli və əcnəbi mütəxəssislərin iştirakı ilə tədqiqat başlanılıb. Tədqiqat AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, Şəmkir-Qaracəmirli ekspedisiyasının rəhbəri, t.ü.f.d. Emil İsgəndərov və Münhen Lüdviq-Maksimilian Universitetinin “Qədim və müasir mədəniyyətlər” şöbəsinin müdiri Dr. Kai Kaniutha tərəfindən aparılır. Onlar əsasən Şəmkir bölgəsinin abidələrinə məxsus arxeoloji tapıntıları araşdırmalarına cəlb ediblər. Belə ki, tədqiqata cəlb edilmiş həmin tapıntıların xüsusi avadanlıq vasitəsilə kimyəvi tərkibi müəyyənləşdirilib. Tədqiqatda almaniyalı mütəxəssis Mikaela Skauer də iştirak edir. Tədqiqatın yekun nəticələri sonda Milli Azərbaycan Tarixi Muzeyinə təqdim ediləcək.