XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
18 Fevral, 2019
Muzeyə yeni etnoqrafik, dini material – ziyarət daşları təqdim edilib
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya elmi-fond şöbəsinin müdiri, t.ü.f.d, dosent G.Abdulova tərəfindən muzeyə dini ziyarət daşları təqdim edilib. Onun Quba rayonunun Xınalıq kəndinə etnoqrafik səfəri zamanı əldə etdiyi bu ziyarət daşları öz spesifik görünüşü ilə diqqəti cəlb edir. Bu daşlardan biri qədim tarixi özündə əks etdirən məkanlarımızdan olan Xınalığın dəniz səviyyəsindən 5000 m. yüksəkliyində yerləşmiş Qızılqaya zirvəsinə aiddir. Açıq qəhvəyi rəngli sınıq daşın (6x4x7x7 sm) özünəməxsusluğu ondan ibarətdir ki, dəniz səviyyəsindən minlərlə metr yüksəklikdə tapılmasına baxmayaraq, bu daşın bir tərəfində balıqqulağı izləri hələ də qalmaqdadır. Kəndin əhalisi tərəfindən qədim inamgah olan digər daşlar isə dairəvi (çevrəsi-21sm) və yarımşar (diametri-6sm) formadadırlar. Ziyarət daşları muzeyin Etnoqrafiya fondunda mühafizə olunur.