XƏBƏRLƏR
19 Fevral, 2019
Muzeydə antik Albaniya dövrünə aid tunc dəbilqələr qorunur
Hərb işinin inkişaf tarixinin öyrənilməsində hücum silahları ilə yanaşı, müdafiə silahlarının və vasitələrinin də əşyavi mənbə kimi böyük əhəmiyyəti vardır. Döyüş baş geyimi olan dəbilqələr Azərbaycanda qədim dövrlərdən tətbiq edilmişdir. Bunu hazırda AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fondunda qorunan tunc dəbilqə deməyə əsas verir. Həmin dəbilqə 1965-ci ildə mərhum arxeoloq Fazil Osmanov tərəfindən Ağsu rayonunun Nüydi kəndi yaxınlığındakı nekropolda tapılmışdı. Bu döyüş baş geyimi kifayət qədər etibarlı müdafiə vasitəsi idi. Hündürlüyü 30 sm olan Ağsu dәbilqәsi iki hissәdәn ibаrәt оlmаqlа, tunc lövhədən hаzırlаnmışdır. E.ə. I əsrə aid olan bu Nüydi dəbilqəsinin oxşar nümunəsi 2009-cu ildə Qəbələ rayonunun Tola (Tövlə) kəndində aşkar edilmiş və hazırda Muzeyin Arxeologiya fondunda qorunmaqdadır. Alban döyüşçülərinə məxsus olmuş hər iki dəbilqə Azərbaycanın antik dövr sənətkarlarının metal məmulatı hazırlanması üzrə peşə bacarıqlarının səviyyəsi, eləcə də öz dövrünün hərbi işi haqqında dolğun təsəvvür yaradır.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...