XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
02 Aprel, 2012
Milli Azərbaycan Tarixi Muzeyinin beynəlxalq əlaqələri genişlənir.

Bu yaxınlardan muzey Avropa və Asiyanın muzeylər şəbəkəsi-ASEMUS-un layihəsi olan “Şah əsərlərin virtual kolleksiyası”na qoşulub. (http://masterpieces.asemus.museum). Layihənin məqsədi muzeylər arasında əlaqələri genişləndirmək, İnternet vasitəsilə muzey kolleksiyalarında olan ən nadir eksponatları nümayiş etdirmək, ölkələrin milli mədəniyyətini təbliğ etməkdir. Yüzdən artıq muzey ASEM layihəsində təmsil olunub. Onların içərisində Avstriya, Çin, Almaniya, Yaponiya, Hindistan, Pakistan, İtaliya, Fransa muzeylərini göstərmək olar. MDB məkanında yalnız iki dövlət – Rusiya və Azərbaycan “Şah əsərlərin virtual kolleksiyası” nda iştirak edirlər.