XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
21 Fevral, 2019
Koreya Respublikasının alimləri Milli Azərbaycan Tarixi Muzeyini ziyarət ediblər
Bu gün Koreya Respublikasının Elm və Texnologiya Siyasəti İnstitutunun (STEPİ) Beynəlxalq İnnovasiya Əməkdaşlıq Mərkəzinin nümayəndələri - Eun Yo Kim, So Hyun Kvon, Hanbat Universitetinin professoru Yonq İn Çoi AMEA Milli Azərbaycan Tarixi Muzeyinin qonağı olublar. Xarici alimlər Muzeyin ekspozisiya zalları və H.Z.Tağıyevin xatirə muzeyi ilə yaxından tanış olublar. Qeyd edək ki, Koreya R espublikasınınSTEPİ İnstitutu və AMEA-nın Yüksək Texnologiyalar Parkının birgə əməkdaşlığı çərçivəsində “Azərbaycanda Texnologiyaların Transferi və Kommersiyalaşdırılmasının Təşviqi” adlı layihə həyata keçirilir. Layihənin əsas məqsədi Azərbaycanın elmi məhsul və nailiyyətlərini həm daxili, həm də xarici bazarlara çıxardılmasından ibarətdir. Koreyalı qonaqlar Muzeyi ziyarətdən məmnunluqlarını ifadə ediblər.