XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
27 Fevral, 2019
Muzey əməkdaşı Xocalı soyqırımı mövzusunda çıxış edib
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Silahlar və bayraqlar fondunun müdiri, t.ü.f.d., dosent Sevinc Vahabova Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Arif Heydərov adına sıravi və kiçik rəis heyəti hazırlayan məktəbində keçirilən tədbirdə mühazirə ilə çıxış edib. Xocalı soyqırımı haqqında olan tədbirdə S.Vahabova 1992-ci il fevralın 25-dən 26-a keçən o müdhiş gecədə dinc əhaliyə qarşı törədilən amansızlıqlardan danışıb. Mühazirədə həmçinin tarix boyu erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı irəli sürülən ərazi iddiaları, 1918-ci il mart soyqırımı haqqında məlumatlar çatdırılıb və bu dövrə aid muzey eksponatları slayd formasında nümayiş olunub. “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kompaniyası və Xocalı həqiqətlərinin dünya ictimaiyytinə çatdırılmasından, bu faciənin soyqırım aktı kimi tanınması üçün həyata keçirilən məqsədyönlü fəaliyyət istiqamətlərindən bəhs edib. Sonda iştirakçıların sualları S.Vahabova tərəfindən cavablandırılıb.