XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
25 Fevral, 2019
Muzey əməkdaşı konfransda çıxış edib
Azərbaycan İlahiyyat İnstitutunda 21 Fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Dilimiz milli-mənəvi sərvətimizdir” mövzusunda elmi-praktik konfrans keçirilib. Tədbirdə millət vəkilləri, AMEA-nın müxtəlif institutları və ali məktəblərin nümayəndələri də iştirak və çıxış ediblər. Konfransda AMEA Milli Azərbaycan Tarixi Muzeyinin baş mütəxəssisi, t.ü.f.d. Əli Fərhadov da iştirak edib. Muzey əməkdaşı “XIX – XX əsrin əvvəlləri azərbaycanlı din xadimlərində milli dilə baxış (Əl-Bakuvi nümunəsi)” mövzusunda məruzə ilə çıxış edib. Konfrans materialları nəşr olunacaq.