XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
28 Fevral, 2019
Muzeydə “Səlimxanovlar şəcərəsi və bu nəslin İçərişəhərdə və Bakı kəndlərində məskunlaşan qolları” adlı tədbir keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində “Səlimxanovlar şəcərəsi və bu nəslin İçərişəhərdə və Bakı kəndlərində məskunlaşan qolları” mövzusunda tədbir keçirilib. Tədbirdə Səlimxanovlar, Bakıxanovlar, Vəlixanovlar və b. nəslin nümayəndələri, tarixçi alimlər, muzey əməkdaşları iştirak ediblər. Tədbiri giriş sözü ilə Muzeyin direktoru, akdemik Nailə Vəlixanlı açaraq gələn qonaqları salamlayıb, Səlimxanovlar nəslinin nümayəndələrini bir arada görməkdən məmnun olduğunu bildirib. Nailə xanım Səlimxanovlar nəslinin bir nümayəndəsi kimi bu nəslin tanınmış şəxsiyyətlərindən danışıb bildirib ki, Səlimxanovlar İçərişəhərdə məskunlaşan tanınmış nəsillərdən olub. Tədbirin təşkilatçısı, tədqiqatçı Xəyalə Əyriçalmalı bu tədbirin əhəmiyyətindən danışıb Səlimxanovlar şəcərəsinin tanınmış simaları, görkəmli ictimai xadimləri haqqında qısa məlumat verib. Tədbirdə iştirak edən Səlimxanovlar nəslinin nümayəndələri Tələt Mehtiyev, Lalə Səlimxanova, Cahangir Səlimxanov, Zaur Həsənov və b. çıxış edib, öz ailəvi xatirələrini bölüşüblər. Tədbirdə bu soyadın daşıyıcıları ilə bağlı maraqlı məqamlardan söhbət açılıb və Səlimxanovlar şəcərəsinin tarixinin gənc nəsillərə ötürülməsinin vacibliyi vurğulanıb. Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkilib.