XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
01 Mart, 2019
Muzeydə növbəti mühazirə keçirilib
AMEA Milli Azərbaycan Tarixi Muzeyinində təcrübədə olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Sənətşünaslıq fakultəsinin II kurs tələbələri ilə növbəti mühazirə keçilib. Muzeyin aparıcı elmi işçisi, mem. üzrə fəlsəfə doktoru, dosent Nardanə Yusifova “Sənətşünaslıq-muzeyşünaslıq vəhdəti” mövzusunda mühazirə oxuyub, muzey eksponatları əsasında çıxış edib. Tələbələr nəzəri və təcrübi təhlil əsasında aparılan mühazirəni bəyənib qeyd etdilər ki, bu cür muhazirə və seminarların olması onların bilgilərinin əhatəli olmasında, yeni araşdırmalara can atmalarında vacib şərtlərdəndir. Sonda tələbələrin sualları mühazirəçi tərəfindən ətraflı cavablandırılıb.