XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
06 Mart, 2019
Muzeydə təcrübə keçən tələbələr üçün mühazirələr keçirilib
AMEA Milli Azərbaycan Tarixi Muzeyinində təcrübədə olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Sənətşünaslıq fakultəsinin II kurs tələbələri ilə mühazirələr keçilib. Muzeyin əməkdaşları – Arxeologiya elmi-fond şöbəsinin müdiri, t.ü.f.d., dosent Nasir Quluzadə, Numizmatika və epiqrafika elmi-fond şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Aygün Məmmədova, Etnoqrafiya elmi-fond şöbəsinin elmi işçisi Aygün Quliyeva və Bərpa laboratoriyasının bərpaçı-rəssamı Gülşən Hacıyeva tələbələrə mühazirələr oxuyublar, muzey eksponatları və fond materialları əsasında çıxış ediblər. Tələbələr nəzəri və təcrübi təhlil əsasında aparılan mühazirələri bəyəniblər. Qeyd ediblər ki, bu cür muhazirələrin olması onların bilgilərinin əhatəli olmasında, yeni araşdırmalara can atmalarında vacib şərtlərdəndir. Tələbələrin sualları mühazirəçilər tərəfindən ətraflı cavablandırılıb.