XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
04 Mart, 2019
Muzey əməkdaşları seminarda iştirak ediblər
AMEA İqtisadiyyat İnstitutunda Kreativ İqtisadiyyat Klubunun növbəti seminarı keçirilib. AMEA Milli Azərbaycan Tarixi Muzeyinin -"Numizmatika və epiqrafika" elmi-fond şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Aygün Məmmədova və Köməkçi Tarixi Fənn Materialları Fondunun müdiri, t.ü.f.d., dos. Sənubər Qasımova seminarda çıxış ediblər. A.Məmmədova "Azərbaycanda sikkə zərbi və pul dövriyyəsi" mövzusunda, S.Qasımova isə "Azərbaycanda kağız pulların təşəkkülü və inkişafı" mövzusunda məruzə ediblər. İştirakçıların sualları məruzəçilər tərəfindən ətraflı cavablandırılıb.