XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
05 Mart, 2019
Muzeyin Əliabad dəfinəsi
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondunda Səfəvi hökmdarı şah I Təhmasibin (1524-1576) adından zərb edilmiş gümüş təngələrdən ibarət dəfinə mühafizə olunur. Təngələr Zaqatala rayonunun Əliabad kəndindəki Əskibazar ərazisindən təsadüfən tapılmışdır, ümumi çəkisi 330 q-dır. Dəfinədəki 5,2 - 5,3 q. çəkiyə malik gümüş təngələr Təbriz, İrəvan, Şamaxı, Gəncə zərbxanalarının istehsalıdır. Bu tapıntı Səfəvilər dövründə Azərbaycanda sikkə zərbi və pul təsərrüfatını açıqlayan önəmli faktiki vasitələrdəndir.