XƏBƏRLƏR
15 Mart, 2019
“Muzeylərimizi tanıyaq və tanıtdıraq“ layihəsi üzrə iş davam edir
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları daim muzey işinin təbliği ilə məşğul olurlar. Belə ki, 12.03.2019 cu il tarixində Muzeyin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin elmi işçisi Sahibə Ələkbərova rəhbərlik etdiyi “ Gənc muzeyşünaslar və muzeysevərlər klubu”nun üzvlərinin “Laçın Rayonu Tarix –Diyarşünaslıq Muzeyi”nə eskskursiyasını təşkil etmişdir. Qeyd edək ki, , Laçın Rayon Tarix-Diyarşünaslıq Muzeyi 1980-ci ildə yaradılmışdır. İşğaldan qabaq muzeydə 10 minə yaxın eksponat nümayiş etdirilirdi. 18 may 1992-ci il tarixdə Laçın rayonu erməni hərbi birləşmələri tərəfindən işğal edildikdən sonra Tarix-Diyarşünaslıq Muzeyi öz fəaliyyətini Bakı şəhəri, Nərimanov rayonu, Akademik Əhməd Rəcəbli küçəsi,5 “B” ünvanında Əliş Quliyev adına 2 nömrəli Bakı Peşə Məktəbinin tədris korpusunun 2-ci mərtəbəsində ayrılmış sinif otağında bərpa etmişdir. Əsasən toplama işi ilə məşğul olan muzey əməkdaşları, muzeyin fonduna əksəriyyəti XIX əsrə aid olan, xüsusilə bölgənin tarixini özündə əks etdirən 1200 dən artıq əşya toplamışlar.
“Muzeylərimizi tanıyaq və tanıtdıraq“ devizi altında bir çox muzeylərdə olan gənc muzeyşünaslar burada tamamıilə fərqli muzey mənzərəsi ilə rastlaşmışdılar. Gördükləri mənzərə gənc muzeyşünaslar da təssüf doğursada onları maraqlandıran suallar muzey əməkdaşları tərəfindən ətraflı şəkildə cavablandırılmışdır.
Nəzərinizə çatdıraq ki,“Gənc muzeyşünaslar və muzeysevərlər klubu”nun proqramına işğal edilmiş digər rayonların da Bakıda müvəqqəti fəaliyyət göstərən muzeylərinə belə ekskursiyaların davamlı təşkili daxil edilmişdir.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...