XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
18 Mart, 2019
"Ölkəmizi tanıyaq" layihəsinin iştirakçıları - Naxçıvanın müəllim-şagird qrupu Muzeydə olub
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Naxçıvan Muxtar Respublikasından Bakıya gələn müəllim-şagird qrupu AMEA Milli Azərbaycan Tarixi Muzeyində olublar. Burada naxçıvanlı qonaqlara keçmişdən bu günə kimi tariximizi əks etdirən müxtəlif eksponatlar, həmçinin bölgələrdə arxeoloji qazıntılar zamanı tapılmış arxeoloji materiallar barədə bələdçi tərəfindən ətraflı məlumat verilib. Həmçinin bildirilib ki, Bakının ən gözəl memarlıq abidələrindən olan Muzey binası 1895-1897-ci illərdə tikilmiş və Azərbaycan milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyevin mülkü olmuşdur. Muzeyin həm də AMEA strukturunda elmi-tədqiqat və mədəni-maarif müəssisəsi funksiyasını yerinə yetirdiyi və Muzey binasının Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə əsaslı təmir olunduğu da qonaqların diqqətinə çatdırılıb. H.Z.Tağıyevin xatirə muzeyi də ziyarət edilib. Həmçinin qonaqlar Muzeydə görkəmli xeyriyyəçi H.Z.Tağıyevin həyatı və fəaliyyətinə dair fotoşəkillər, tarixi sənədlər, ona məxsus qiymətli əşyalarla da yaxından tanış olublar.