AMEA Milli Azərbaycan Tarixi Muzeyində işğalın il dönümü ilə əlaqədar tədbir keçirilmişdi. Tədbiri giriş sözü ilə MATM-nin direktoru akademik Nailə Vəlixanlı açdı. Tədbirə 190 saylı şəhər və 123 saylı Mərdəkan orta məktəb şagirdləri dəvət olunmuşdurlar. Giriş sözündən sonra Şuşayla bağlı işğaldan öncə və işğaldan sonra fotogörüntülər nümayiş olundu. Prezident yanında Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova “Qarabağın işğal tarixindən”, muzeyin əməkdaşları tarix üzrə fəlsəfə doktoru Nasir Quluzadə “Qədim insan məskəni – Qarabağ. Qarabağın arxeoloji tədqiqi” və tarix üzrə fəlsəfə doktoru Gülzadə Addulova “Azərbaycanın maddi mədəniyyətində Qarabağın yeri və rolu” mövzularıyla çıxış etdilər.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.