XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
27 Mart, 2019
Muzey eksponatı bərpa edilib
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Silahlar və bayraqlar fondunda mühafizə olunan müdafiə yarağı bərpa edilib. Bərpa işi Muzeyin Bərpa laboratoriyasının bərpaçı rəssamları - Tural Nəbiyev və İlhamə Rəhimova tərəfindən həyata keçirilib. Bərpa zamanı dəbilqənin metal hissələri korroziyadan təmizlənib, dağılmış metal halqalı tor sökülərək yenidən toxunub, sonda dəbilqə qoruyucu təbəqə ilə örtülüb. Həmçinin dəbilqənin iç hissəsini əhatə edən, fonu qəhvəyi rəngli, üzərində xırda güllər təsvir olunan, beş hissədən ibarət olan çit parça, bərpa zamanı çirkdən və yapışqan təbəqəsindən təmizlənib. Beş hissəli parça bir-birinə tikilərək bərkidilib. Parçanın üst hissəsindəki pambıq çürüyüb ovulduğu üçün yeni pambıqla əvəzlənib. Burun nahiyəsini qoruyan metal lövhənin arxa hissəsindəki çit parça da təmizlənərək konservasiya edilib. Bərpa olunan dəbilqə Silahlar və bayraqlar fonduna təhvil verilib. Qeyd edək ki, dəbilqə XIX əsrə aiddir.