XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
29 Mart, 2019
Muzey əməkdaşları 31 mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbirdə çıxış ediblər
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin bir qrup əməkdaşı Azərbaycan Maliyyə İqtisad Kollecində keçirilən tədbirdə iştirak edib. Muzeyin Gənc Alimlər və Mütəxəssislər Şurasının sədri, Etnoqrafiya fondunun müdiri Sevinc Nəsirova, Xarici əlaqələr və elmi kütləvi iş şöbəsinin müdiri Emin Dadaşov və Etnoqrafiya elmi fond şöbəsinin əməkdaşı, t.ü.f.d. Tural Şiriyev 31 Mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş tədbirdə çıxış ediblər. S.Nəsirova “Tarixi irsimizin öyrənilməsinin əhəmiyyəti”; E.Dadaşov "31 mart soyqırımının öyrənilməsində fotomaterialların əhəmiyyəti" və T.Şiriyev "Soyqırım anlayışı və onu yaradan tarixi psixoloji amillər" mövzusunda məruzələr oxuyublar.