XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
01 Aprel, 2019
Muzey əməkdaşları tədbirdə iştirak ediblər
Biləsuvar şəhər Mübariz İbrahimov adına lisey-məktəb kompleksində və Neftçala şəhər 1 saylı tam orta məktəbdə “Milli Qəhrəmanlarımızı tanıyaq və tanıtdıraq” layihəsi üzrə inşa müsabiqəsi keçirilib. Tədbir Gənclər Fondunun dəstəyi ilə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları - t.ü.f.d. Əli Fərhadov və Gülnar Fərhadova tərəfindən təşkil edilib. Sonda müsabiqənin qalibləri mükafatlandırılıb. Tədbir çərçivəsində Milli Qəhrəmanlar - Mübariz İbrahimovun və Samid İmanovun valideynləri ilə də görüşlər keçirilib. Muzey əməkdaşları vətənpərvərliyin təbliği, Samid İmanovun və digər Milli Qəhrəmanlarımızın, Qarabağ müharibəsi şəhidlərinə məxsus əşyaların, eksponatların Muzeydə nümayiş olunması, təbliği mövzusunda çıxış ediblər.