Tədbir muzeyin rəhbərliyi və muzeyin YAP təşkilatı tərəfindən hazırlanmışdı.Giriş sözü ilə MATM direktoru akademik Nailə Vəlixanlı tədbiri açıq elan etdi.Dövlət Himni səsləndikdən sonra Səbail rayon Azərbaycan Tarixi Muzeyinin YAP ərazi təşkilatının sədri Pərvanə Əzimova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Himalay Qasımov Heydər Əliyevin Azərbaycanın inkişafında olan böyük rolundan, muzeyin əməkdaşları və YAP üzvləri Nasir Quluzadə “Heydər Əliyev və Azərbaycanın arxeoloji irsi” Aqil Əhmədov isə “Heydər Əliyev və Beynəlxalq təşkilatlar” mövzusunda məruzələrlə çıxış etdilər.
Tədbirin sonunda məktəb şagirdləri Sona Ağazadə və Nigar Qasımova çıxış edərək Heydər Əliyevin müasir gənclərin həyat və inkişafı üçün sərf etdiyi aməyi bir daha vurğulayaraq gələcəyə onun qurduğu yol ilə getməyə tövsiyyə etdilər.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.