XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
02 Aprel, 2019
Muzey əməkdaşlarının məqalələri nəşr olunub
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən “31 Mart - tariximizin faciəli səhifəsi” (Bakı: Elm və Təhsil, 2019, 504 səh.) adlı kitab çap olunub. Kitab tarix boyu erməni vandalizminin qurbanı olmuş şəhidlərimizin xatirəsinə ithaf olunub. Kitabda AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Elmi katibi, t.ü.f.d., dosent Fərhad Cabbarovun və Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin müdiri Emin Dadaşovun rus dilində məqalələri də yer alır. Dos. F.Cabbarovun “Ermənilərin azərbaycanlılara qarşı terroru və soyqırımı: 1905 və 1918-ci il hadisələrinin tarixi paralelləri” (s.238-249) məqaləsində o dövrdə daşnakların müsəlman əhaliyə qarşı terror və zorakılığı, soyqırım törətməsi, çar Rusiyası və daha sonra sovet Rusiyası hakimiyyət dairələrinin buna göz yumması təsvir və tədqiq olunub. E.Dadaşovun “XX əsrin əvvəllərinin görkəmli fotoqrafı Lev Daşkeviçin Milli Azərbaycan Tarixi Muzeyində qorunan fotomaterialları” (s.250-262) məqaləsində isə fotoqraf və onun Muzeydə qorunan əsərləri haqqında məlumat verilib, dövrün tarixi hadisələri işığında təsvir və təqdim olunub. Məqaləsi nəşr olunan müəllifləri təbrik edir, yeni elmi uğurlar arzulayırıq.