XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
03 Aprel, 2019
Muzeyin Eldənizlər dəfinəsi
1966-1967-ci illərdə Qəbələ rayonu ərazisində aparılan arxeoloji qazıntılar nəticəsində tapılan və 21 may 1974-cü ildə Azərbaycan Tarixi Muzeyinə təhvil verilən numizmatik materiallar sırasında dəfinənin bir hissəsi (27 sikkə) xüsusi aktuallıq kəsb edir. Muzeyin əməkdaşı T.İ.Qolubkina tərəfindən təhvil verilən, əksər yazıların silindiyi dəfinə sikkələrinin – ağır çəkili mis felslərin Azərbaycan şəhər-zərbxanalarında (əsasən Ərdəbil) Eldəniz hakimləri – Şəms əl-Din Eldəniz (531-571 / 1136 - 1175), Muhəmməd Cahan Pəhləvan (571 – 582 / 1175 - 1186), Qızıl Arslan (582 – 587 / 1186 - 1191), Nusrət əl-Din Əbu Bəkr ibn Muhəmməd (587 – 607 / 1191 - 1210), Özbək ibn Muhəmməd (607 – 622 / 1210 - 1225), II Qızıl Arslan ibn Özbək (622 - 623 / 1225 - 1226) və Eldənizlərin vassaları adından zərb edildiyi məlum olmuşdur. Dəfinə XII – XIII əsrlərdə Azərbaycanda sikkə zərbi və pul təsərrüfatını açıqlayan faktdır.