4 may 2012- ci ildə ulu öndər Heydər Əliyevin 89-cu ildönümü ilə əlaqədar olaraq Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının, YAP Azərbaycan Tarixi Muzeyinin ilk ərazi təşkilatının və “Siyasi Maarifçilik” İctimai Birliyinin üzvləri Heydər Əliyev Fondu ilə yaxından tanış olmuşlar.Şərəfli ömür yolundan bəhs edən fotoşəkillərdən və digər eksponatlardan ibarət olan muzeydə dahi liderin həyat və fəaliyyəti barədə məlumat alan tamaşaçılar həmçinin onun yaşadığı mənzildəki iş otağından eynilə gətirilmiş avadanlıq, əşyaları seyr etmiş və fonda gələn dövlət və hökumət başçılarının, tanınmış şəxsiyyətlərin ürək sözləri yazılmış xatirə kitabı, böyük öndərə verilən hədiyyələr, o cümlədən müəllifi olduğu neft strategiyasının həyata keçirilməsi çərçivəsində tikilmiş
nəhəng "Lider" və "Qurtuluş" qazma qurğularının maketlərinə tamaşa etmişlər. Ümummilli lider Heydər Əliyevin Azərbaycanın hərtərəfli inkişafı, müstəqilliyimizin qorunub saxlanması, ədəbi və dönməz olması, xalqımızın tərəqqisi naminə gördüyü misilsiz işlərin əks edildiyi müxtəlif dillərə tərcümə edilmiş kitablar böyük marağa səbəb olmuşdur.
Muzeydən unudulmaz təəssüratlarla ayrılan iştirakçılar xatirə şəkli çəkdirmişlər.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.