XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
16 Aprel, 2019
Muzey əməkdaşı beynəlxalq tədbirdə iştirak edib
2019-cu il 11-12 aprel tarixində AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Elmi fond işləri üzrə direktor müavini, t.ü.f.d., dosent Məhfuzə Zeynalova Pekində Çin Milli Muzeyinin rəhbərliyi altında keçirilən Muzey Direktorlarının Qlobal Forumunda və bu çərçivədə keçirilən “İpək yolu üzərində yerləşən milli muzeylərin missiya və funksiyaları” mövzusunda keçirilən konfransda iştirak edib. Konfransda dos. M.Zeynalova “AMEA Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyasında İpək Yolu və interaktiv sərgilərin təşkili haqqında” adlı məruzə ilə çıxış edib. Qeyd edək ki, Forumda və konfransda Çin muzeyləri ilə bərabər bir sıra xarici ölkələrin muzey direktorları da iştirak və çıxış ediblər.