XƏBƏRLƏR
18 Aprel, 2019
AMEA Milli Azərbaycan Tarixi Muzeyində 18 Aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş “Kreativ mühafizəkarlar” adlı viktorina keçirilib
AMEA Milli Azərbaycan Tarixi Muzeyində Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin təşkilatçılığı ilə “Kreativ mühafizəkarlar” adlı məktəblərarası viktorina keçirilib. Viktorina 18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunub.
Viktorinanın aparıcısı Ləman Musayeva viktorinanın mahiyyəti və qaydaları haqqında iştirakçılara məlumat verdi. Qeyd etdi ki, viktorinada Bakı şəhəri Kərim Kərimov adına 8 nömrəli tam orta məktəbin “Turan” klubu, Xətai rayonu 17 nömrəli tam orta məktəbin “Mübariz” klubu və Akademik Zərifə Əliyeva adına liseyin “Tarixi aləmarayi” klubunun üzvləri iştirakı edib. Viktorinanın münsiflər heyəti Muzeyin elmi əməkdaşlarından ibarət idi:
1. Vahabova Sevinc (t.ü.f.d, dosent);
2. Abdulova Gülzadə (t.ü.f.d., dosent);
3. Məmmədova Aygün (t.ü.f.d.);
4. Mustafayev Laçın (elmi işçi).
L.Musayeva bildirdi ki, viktorinanın məqsədi məktəb-muzey inteqrasiyasını genişləndirmək, şagirdlərin tariximizə, irsimizə, maddi-mədəniyyət abidələrimizə olan diqqət və qayğısını artırmaqdır. O cümlədən, Vətənimizin tarixi incilərini məktəblilərə əyani şəkildə nümayiş etdirməklə, ona olan heyranlıq və sevgini təmin etməkdir. Viktorina dövlət təhsil proqramına və muzey nəşrləri ilə muzey ekspozisiyasına əsaslanır. Həm də elmin populyarlığına xidmət edən bu tədbir maarifləndirici, əyləndirici, şövqləndirici və milli irsimizin təbliğatı xarakterini daşıyır.
Sonra 6 bölmədən (tarixi memarlıq abidələri və şəhərlər, tarixi hadisələr, silah və əsləhələr, etnoqrafiya, arxeologiya və numizmatika) və 2 turdan ibarət olan viktorina keçirildi. Bakı şəhəri Kərim Kərimov adına 8 nömrəli tam orta məktəbin “Turan” klubu I yerə layiq görüldü. Musiqi istedadı olan şagirdlərin ifasında bədii hissə də nümayiş olundu.
Sonda Muzeyin direktoru, akademik Nailə Vəlixanlı tərəfindən viktorinada iştirak edən komandalara sertifikatlar, Muzeyin nəfis tərtibatda nəşr olunmuş elmi nəşrləri və birinci yer tutan “Turan” komandasına Muzeyin illik ailə bileti təqdim edildi.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...