XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
18 Aprel, 2019
Muzey əməkdaşı seminarda çıxış edib
Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Hürufilik və Nəsimi yaradıcılığında multikulturalizm və tolerantlıq ideyaları” mövzusunda seminar keçirilib. T.ü.f.d. Əli Fərhadov “Fəzlullah Nəimi və İmadəddin Nəsimi yaradıcılığında multikultural dəyərlər” mövzusunda məruzə ilə çıxış edib. Seminarda ADU-nun Multikulturalizm ETL, Azərbaycan ədəbiyyatı kafedrası, Filologiya və jurnalistika fakültəsi, həmçinin Bakı Musiqi Akademiyasının müəllim və tələbələri iştirak və çıxış ediblər. Seminar tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.