2012-ci il mayın 16-da Milli Azərbaycan Tarixi Muzeyində “Milli Azərbaycan Tarixi Muzeyi və Azərbaycanın arxeoloji irsinin öyrənilməsi” mövzusunda elmi seminar keçirildi.Giriş sözü ılə muzeyin direktoru akademik Naılə Vəlixalı seminarı açıq elan etdi.Tədbirə “XƏZƏR” universitetinin, Bakı Dövlət Universitetinin və Humanitar kollecin tələbələri dəvət olunmuşdu.Seminarda tarix üzrə fəlsəfə doktoru Nasir Quluzadə “Milli Azərbaycan Tarixi Muzeyi və arxeoloji irsimiz: dünən və bu gün”, AMEA-nın müxbir üzvü, prof. İlyas Babayev “Son illərdə Qəbələdə aparılan arxeoloji qazıntıların nəticələri”, Tarix elmləri doktoru Əli Rəcəbli “Muzey ekspozisiyasında nümayiş etdirilən numizmatik materialların Azərbaycan tarixinin öyrənilməsində rolu”, Tarix elmləri doktoru, prof. Qüdrət İsmayılzadə
“Mingəçevir qazıntıları Azərbaycan arxeologiyasının inkişafında yeni mərhələ kimi” mövzusunda məruzələrlə çıxış etdilər.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.