XƏBƏRLƏR
19 Aprel, 2019
Muzeydə “Bakı Dövlət Universitetinin 100 illik yubileyi”nə həsr olunmuş “Milli maarifçilik ənənələrinin böyük davamçısı” adlı elmi seminar keçirilib
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Xalq Təhsili Muzeyi ilə birgə təşkilatçılığı ilə “Bakı Dövlət Universitetinin 100 illik yubileyi”nə həsr olunmuş “Milli maarifçilik ənənələrinin böyük davamçısı” adlı elmi seminar keçirilib.
Tədbirdə Xalq Təhsili Muzeyinin direktoru Lalə Bayramova, Xalq Təhsili Muzeyinin direktor müavini Zülfiyyə Şiriyeva, Azərbaycan Respublikası Təhsil Nazirliyi “Azərbaycan məktəbi” jurnalının şöbə müdiri Böyükağa Mikayıllı, Bakı Dövlət Universiteti Tarix fakültəsinin professoru, t.ü.e.d. Nuru Məmmədov, gənc alimlər, muzey işçiləri, tədqiqatçılar, ali məktəblərin müəllim və tələbələri, KİV nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Elmi işlər üzrə direktor müavini, t.ü.e.d., dosent Nərgiz Əliyeva iştirakçıları salamlayıb, tədbirin mahiyyəti haqqında məlumat verdi. BDU-nin Azərbaycan elm həyatında oynadığı böyük roldan danışıb, qeyd etdi ki, təhsil müəssisələri içində BDU-nun özünəməxsus yeri var. BDU-nun 100 illik yubileyinin keçirilməsi çox əhəmiyyətlidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BDU-nun 100 illik yubileyinin qeyd olunması haqqındakı Sərəncamı da BDU-nun elmi təhsil müəssisəsi kimi əhəmiyyətini, onun tarixinin tədqiq və təbliğ edilməsinin vacibliyini göstərir. Dos. N.Əliyeva Muzeyin BDU ilə birlikdə universitetin 100 illik yubileyi münasibətilə birgə sərgi keçirməyə hazırlaşdığını da qeyd etdi.
Sonra Xalq Təhsili Muzeyinin direktoru Lalə Bayramova, həmin muzeyin direktor müavini Zülfiyyə Şirinova, BDU-nun professoru Nuru Məmmədov, “Azərbaycan məktəbi” jurnalının əməkdaşı Böyükağa Mikayıllı BDU-nun yaranması və AXC liderlərinin bu sahədəki rolundan bəhs etdilər. Bildirdilər ki, BDU-nun təşkilində və onun sonrakı həyatında universitetin ilk rektoru prof. V.Razumovskinin, görkəmli xeyriyyəçi H.Z.Tağıyevin, Sovet Azərbaycanının ilk hökumət rəhbəri N.Nərimanovun da böyük rolu olub. Məruzəçilər BDU-nun tarixi və bunun tədqiq və təbliğ edilməsi haqqında ətraflı danışdılar.
Sonda iştirakçıların sualları məruzəçilər tərəfindən cavablandırıldı və Xalq Təhsili Muzeyinin əməkdaşlarının BDU-nun tarixi haqqında hazırladıqları mini sərgiyə baxış keçirildi.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...