XƏBƏRLƏR
24 Aprel, 2019
Muzeydə “Qisası qiyamətə qoymayan igid!” adlı tədbir keçirilib
AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Qisası qiyamətə qoymayan igid!” adlı tədbir keçirilib. Nərimanov rayon Rafiq Nəsrəddinov adına 39 №-li tam orta məktəbin şagirdlərinin təqdimatı ilə olan tədbir “Qarabağ müharibəsi şəhidlərini tanıyaq” layihəsi çərçivəsində təşkil olunub. Tədbirdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin, Nərimanov rayon İcra Hakimiyyətinin nümayəndələri, məktəblilər, muzey işçiləri, gənc alimlər, şəhid yaxınları və KİV nümayəndələri iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra Rafiq Nəsrəddinov adına 39 №-li tam orta məktəbin direktoru Tahirə Şükurova iştirakçıları salamladı. Bildirdi ki, məktəblərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanları, qaziləri təbliğ etmək sahəsində bir çox silsilə tədbirlər, sərgilər keçirilir. Bu istiqamətdə 39 №-li məktəbin kollektivi fəal tədbirlər keçirir, şəhid ailələri mütəmadi ziyarət edilir.
Sonra 39 №-li tam orta məktəbin şagirdləri “Xalq qəhrəmanları ilə tanınır” mövzusunda çıxış edib, səhnəciklər təqdim ediblər. Tədbirdə Azərbaycanın Milli Qəhrəmanı, şəhid gizir Mübariz İbrahimovun atası Ağakərim İbrahimovun sözləri və Milli Qəhrəmanın məktubu oxunub, Mübariz İbrahimova həsr olunmuş bədii kompozisiya, videoçarx nümayiş olunub. Aprel döyüşləri haqqında şagirdlər çıxış edib Vətənə sədaqət andı içiblər.
Bədii hissədən sonra Muzeyin əməkdaşı, t.ü.f.d. Bəhman Kərimov çıxış edib bildirdi ki, şəhidlərin, Qarabağ qazilərinin eksponatları ekspozisiyada nümayiş olunur. Şagirdlər bu istiqamətdə öz biliklərini artırmalı, vətənpərvər ruhda yetişdirilməlidir. Bu sahədə Muzey və təhsil qurumları birgə fəaliyyət göstərirlər.
Tədbirdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin, Nərimanov rayon Gənclər və İdman İdarəsinin nümayəndələri, şəhid yaxınları da çıxış edib, məktəbliləri vətənpərvərliyə, şəhid və qazilərimizdən nümunə götürməyə çağırıblar.
Sonda Milli Qəhrəman Mübariz İbrahimovun məzarı iştirakçılar tərəfindən ziyarət edilib.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...