Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2011-cu ilin dekabr ayında verdiyi əmrə əsasən 2012-ci ilin may ayının 7-9 Bakı şəhərində Azərbaycan Milli Elmlər Akademiyasında Sovet İttifaqı qəhrəmanı, akademik Ziya Musa oğlu Bünyadovun 90-illiyinə həsr olunmuş “Orta əsrlər şərqinin tarixşünaslığı və mənbəşünaslığı” adlı beynəlxalq elmi simpozium keçirildi.Simpoziumda Rusiya.Almaniya, İran, Türkiyə, Gürcüstan. Özbəkistan, Hollandiya, ABŞ, Azərbaycan, Misir alimləri iştirak edirdiMayın 7-də simpozium iştirakçıları Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin və akademik Ziya Bünyadovun məzarları üstünə Əklillər qoydular.Sonra Azərbaycan Milli Elmlər Akademiyasınin Rəyasət heyətində plenar iclas başladı.Giriş sözü ilə AMEA
prezidenti akademik Mahmud Kərimov çıxış etdikdən sonra AMEA Şərqşünaslıq institutunun direktoru professor Gövhər Bəxşəliyeva, Prof.Əbdülhəlimov B.Ə.(Özbəkistan), prof. Metreveli R.B., Abaşidze M.D.(Gürcüstan) akademik Ziya Bünyadovun həyat və yaradıcılığından, şərqşünaslıq və tarix elmlərində böyük əməyindən bəhs məruzələrlə çıxış etdilər.Tədbirdə akademik Ziya Bünyadova həsr olunmuş film nümayiş olundu.Mayın 8-də elmi simpozium öz işini AMEA Milli Azərbaycan Tarixi Muzeyində davam etdi. Burada iclaslar beş seksiyada keçirildi. Müxtəlif ölkələrdən gəlmiş alimlər şərqşünaslıq və tarix elmləri üzrə maraqlı məruzələrlə çıxış etdilər.Mayın 9-da isə qonaqlar Bakıda və şəhərdən kənar yerləşən tarixi abidələrlə tanış oldular.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.