XƏBƏRLƏR
25 Aprel, 2019
Milli Azərbaycan Tarixi Muzeyində dağıstanlı qonaqlarla görüş keçirilib
Dağıstan Respublikası Mədəniyyət Nazirliyi Dünya mədəniyyəti və Din Tarixi Muzeyinin direktoru Diana Həsənova və direktor müavini Samilə Nəcəfova Milli Azərbaycan Tarixi Muzeyinin qonağı olublar. Qonaqları muzeyin direktoru, akademik Nailə Vəlixanlı qarşılayaraq onları muzeydə görməkdən məmnun olduğunu bildirib.
N.Vəlixanlı rəhbərlik etdiyi müəssisənin yaranma tarixi, fəaliyyət istiqamətləri və burada əldə olunan nailiyyətlər barədə dağıstanlı qonaqlara məlumat verib. Muzeyin Azərbaycan milyonçusu, mesenat H.Z.Tağıyevin mülkündə yerləşdiyi bildirilib. 2020-ci ildə Tarix Muzeyinin 100 illiyi qeyd olunacaq və buna hazırlıq işləri görülür. Muzeydə hal-hazırda aparılan təmir-bərpa işlərindən sonra qurulacaq yeni ekspozisiyası və H.Z.Tağıyevin xatirə muzeyinin təşkili işlərindən danışılıb.
Görüşdə Azərbaycan-Dağıstan mədəni əlaqələrindən, tarixindən söhbət açılıb və bu əlaqələrin möhkəmləndirilməsinin vacibliyi vurğulanıb. Akademik N.Vəlixanlı bildirib ki, Dağıstan həmişə bizim üçün, dərin tarixi tellərlə bir-birimizə bağlı olan qardaşlarımızın yaşadığı bir doğma diyar olub və olacaq.
Sonra çıxış edən Dünya mədəniyyəti və Din Tarixi Muzeyinin nümayəndələri – Diana Həsənova və Samilə Nəcəfova təmsil etdikləri muzeyin fəaliyyətindən danışıb Milli Azərbaycan Tarixi Muzeyi ilə əməkdaşlıqdan maraqlı olduqlarını bildiriblər. Qonaqlar Azərbaycanın multikultural dəyərlərə malik tolerant bir ölkə olduğunu bildiriblər.
D.Həsənova bildirib ki, Dərbənd fərqli sivilizasiyaların qovuşduğu xüsusi bir şəhərdir. Təzə yaranan muzeydə müxtəlif dinlərin xüsusiyyətlərini üzundə əks etdirən tətbiqi sənət əsərləri, dini ayinlərlə əlaqəli əsərlər, arxeoloji tapıntılar qorunub və nümayiş olunur.
Görüşdə, həmçinin hər iki tərəf muzeylərarası səyyar sərgilərin keçirilməsi məsələlərini müzakirə ediblər. Qonaqlara muzeydə fəaliyyət göstərən bərpa laboratoriyası, sərgilərin təşkili və müasir muzey texnologiyalarının tətbiqi haqqında məlumat verilib.
Qonaqlarla gələcək əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və muzeylərarası təcrübə mübadiləsi məsələləri də müzakirə olunub. Daha sonra qonaqlara muzeyin ekspozisiya zallarında ekskursiya aparılıb və onları maraqlandıran suallar ətraflı cavablandırıb.
Sonda dağıstanlı qonaqlara muzeyin nəfis tərtibatlı nəşrləri hədiyyə edilib. Onlar görüşdən məmnunluqlarını ifadə edib muzey rəhbərliyinə təşəkkür ediblər.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...