XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
06 May, 2019
Muzey əməkdaşının kitabına dair rəy dərc olunub
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri, t.ü.f.d., dos. Səbuhi Əhmədovun “Azərbaycanın IX-XVII əsr silahları” adlı monoqrafiyasına rəy dərc olunub. Rəy Rusiya Elmlər Akademiyası Dağıstan Elmi Mərkəzinin Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun rəsmi nəşri olan “Qafqazın tarixi, arxeologiyası və etnoqrafiyası” (“История, археология и этнография Кавказа”) adlı jurnalda (т.15, №1, 2019) nəşr olunub. “Orta əsr Azərbaycan silahı barəsində yeni monoqrafiya” adlanan rəyin müəllifi AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, t.ü.f.d. F.Hüseyndir. Rəydə kitabın strukturu və mahiyyəti təhlil olunur, onun Azərbaycan və ümumiyyətlə müsəlman, türk dövlətlərinin silah istehsalının öyrənilməsində yeri və rolu qiymətləndirilir. Muzey kollektivi adından dos. S.Əhmədovu təbrik edir, yeni elmi uğurlar arzulayırıq.