YAP Azərbaycan Tarixi Muzeyinin ilk ərazi təşkilatının 28 may – Respublika günü münasibətilə keçirilmiş iclasında qeyd edilən tarixi günün yad edilməsi münasibətilə Bakı şəhərindəki bəzi muzeylərə getmək qərarı qəbul edilmişdir.Təşkilat üzvləri Azərbaycan İstiqlal Muzeyində rəsm və heykəltəraşlıq əsərləri, xəritələr, şəkillər, kitablar, numizmatik materiallar və başqa eksponatların nümayiş etdirildiyi 6 zaldan ibarət ekspozisiyaya və “Eurovision” hadisəsini əks etdirən maraqlı sərgiyə tamaşa edərək, qədim zamanlardan hazırkı günədək Azərbaycan xalqının milli-azadlıq hərəkatını işıqlandıran məlumatları dinləmiş və fikirlərini muzeyin rəy kitabında qeyd etmişlər.Elə həmin gün Yaxın Şərqin ən görkəmli memarlıq abidələrindən olan Şirvanşahlar saray
kompleksində olmuş təşkilat üzvləri, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin əməkdaşı Anna Usanova ilə birgə muzey-qoruğun tarixi, memarlıq abidələri haqqında məlumatlar əldə edərək, maraqlı eksponatları seyr etmiş və qeyd edilən günü fotoşəkillərlə yaddaşlara köçürmüşlər.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.